Ofis təmizliyi xərc deyil, investisiyadır. Bunun üç əsas səbəbi var.
Sağlamlıq
Klaviatura, telefon, qapı tutacaqları və mətbəx zonası ən çox toxunulan səthlərdir. Müntəzəm təmizlik və dezinfeksiya xəstəlik səbəbindən iş günü itkisini azaldır.
Məhsuldarlıq
Səliqəli iş mühiti diqqəti artırır, əməkdaşlar vaxtlarını təmizliyə sərf etmir.
İlk təəssürat
Müştəri və tərəfdaşlar ofisinizə girən kimi şirkətiniz haqqında fikir formalaşdırır.
Necə planlaşdırmalı?
Gündəlik saxlama təmizliyi + dövri dərin təmizlik + ildə 1–2 dəfə kreslo və xalça örtüklərinin kimyəvi təmizliyi. İş saatlarından kənar.
Tez-tez verilən suallar
Ofis təmizliyi nə qədər tez-tez olmalıdır?
Əməkdaş sayından asılı olaraq gündəlik və ya həftədə 2–3 dəfə.
Kreslolar necə təmizlənir?
Yerində kimyəvi təmizliklə — 10 AZN/ədəd.